Modern.az

Rusiya səmasında meteorit peyda oldu – VİDEO

Rusiya səmasında meteorit peyda oldu – VİDEO

5 Avqust 2018, 10:22

Rusiyanın Surqut və Nefteyuqansk şəhərlərinin sakinləri səmada meteoritə oxşayan obyekt müşahidə ediblər.

Modern.az xəbər verir ki, şahidlər həmin görüntünü videoya çəkərək, “Vkontakte” sosial şəbəkəsində yerləşdiriblər.

Kadrlarda səmada qonşu şəhərlərin üzərindən uçan alov şarı görünür.

Şəhər sakinlərinin səmada hansı obyekti izlədikləri hələlik tam müəyyən olunmayıb.

İnternet istifadəçiləri şərhlərdə güman edirlər ki, naməlum obyekt kosmik raketin yanan pilləsi də ola bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU