Modern.az

Yəməndə avtobus bombalandı: 43 ölü, 61 yaralı - YENİLƏNİB

Yəməndə avtobus bombalandı: 43 ölü, 61 yaralı - YENİLƏNİB

9 Avqust 2018, 21:44

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin şimalındakı Saada şəhərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı artıb. endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar zamanı 43 şagird ölüb. Vilayətin səhiyyə idarəsi 61 nəfərin yaralandığını açıqlayıb.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəməndəki nümayəndəliyinin rəhbəri Yohannes Bruver avtobusdakı şagirdlərin çoxunun 10 yaşdan kiçik olduğunu bildirib.

 

16:37

 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Koalisiya Yəmənin Saada şəhərində yerli əhalinin ölümünə səbəb olan hava əməliyyatı həyata keçirib.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bir avtobusun hədəfə alınması nəticəsində içərisində çoxu uşaq olan onlarla insan həyatını itirib.

Beynəlxalq Qızıl Xaç Təşkilatı sosial şəbəkədəki hesabında ölənlərin əksəriyyətinin 10 yaşdan kiçik uşaqlar olduğunu bildirib.

 

Koalisiya hava əməliyyatının Səudiyyə Ərəbistanına Yəməndən raket zərbələrinə cavab olaraq həyata keçirildiyini qeyd ediblər.

 

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi yerli hakimiyyət arasında müharibə gedir. Səudiyyə Ərəbistanı husilərin onun ərazisinə dəfələrlə raket zərbələri endirdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU