Modern.az

Amerikaya qarşı çıxan şəxs 35 il həbs cəzası aldı

Amerikaya qarşı çıxan şəxs 35 il həbs cəzası aldı

9 Avqust 2018, 20:34

Bu ilin 23 fevralında Türkiyənin Sakarya şəhərində dil kurslarından birində silahlı şəxsin 7 nəfəri girov götürməsi ilə bağlı aparılan istintaq işi yekunlaşıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Rədd olsun, Amerika imperializmi" deyərək kurs rəhbərlərini girov götürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Həmin şəxs  35 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib.

 

Qeyd edək ki, sözügedən şəxs kursun binasında 7 nəfəri girov götürmüş, daha sonra ətrafa silahdan atəş açaraq, zərər vermişdi. O, xüsusi təyinatlı polislərin əməliyyatı nəticəsində zərərsizləşdirilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU