Atlantik okeanın cənub hissəsində 5,6 bal gücündə zəlzələ olub. Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Namibiyanın paytaxtı Vindhuk şəhərindən 1864 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ "UTC" vaxtı ilə saat 16:53-də qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.