Modern.az

Nazarbayev: “Xəzər dənizi ilə bağlı tarixi qərar veriləcək”

Nazarbayev: “Xəzər dənizi ilə bağlı tarixi qərar veriləcək”

11 Avqust 2018, 10:14

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər dənizinin hüquq statusu ilə bağlı bütün detalların razılaşdırıldığını elan edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, avqustun 12-də məsələ ilə bağlı tarixi qərarım veriləcəyini açıqlayıb.

 

“Düşünürəm ki, bütün məsələlər razılaşdırılıb və sabah tarixi qərarın veriləcəyini gözləyirik. Bu hamımız üçün çox vacib məqamdır”.

 

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan prezidentlərinin Xəzər dənizinin statusu ilə bağlı görüşü olacaq.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım