Modern.az

Tələbə yol qəzasında həyatını itirdi

Tələbə yol qəzasında həyatını itirdi

15 Avqust 2018, 12:01

Türkiyədə tələbələri Uludağa ekskursiyaya aparan avtobusun aşması hadisəsində maraqlı faktlar ortaya çıxıb.

 

Modern.az “Habertürk” nəşrinə istinadən xəbər verir ki, 1 nəfərin ölümü və 38 nəfərin yaralanmasına səbəb olan qəzanı sürücünün qəsdən törətdiyi ortaya çıxıb.

Dəhşətli qəzada avtobusun yan üstə aşdığı məlum olub.

 

“Əgər aşırtmasaydım aşağı düşəcəkdik” – sürücü ilk ifadəsində bunları söyləyib.

 

Onun sözlərinə görə əyləclərdə yaranan problemə görə avtobusu dayandırmaq üçün aşırıb.

Qeyd edək ki, hadisə nəticəsində 20 yaşındakı tələbə Talha Erbil həyatını itirib.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU