Modern.az

Fransa İranı müharibə ilə hədələdi

Fransa İranı müharibə ilə hədələdi

Dünya

29 Sentyabr 2011, 10:07

"İran nüvə silahı yaratmaq cəhdindən əl çəkməsə, onu hərbi zərbələr gözləyir". Fransanın BMT-dəki nümayəndəsi Jerar Aro belə bir bəyanatla çıxış edib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət yaxın vaxtlarda İranla danışıqları bərpa edə bilməsə, hərbi əməliyyatlar məsələsi gündəmə gələcək.

Qeyd edək ki, İran nüvə tədqiqatlarını dayandırmadığı üçün BMT bu ölkəyə qarşı 4 dəfə sanksiya tətbiq edib. İran isə nüvə proqramının dinc xarakter daşıdığını bildirir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza