Modern.az

ABŞ Rusiya analoqunu silahlanmaya daxil edir 

ABŞ Rusiya analoqunu silahlanmaya daxil edir 

20 Avqust 2018, 08:54

ABŞ silahlı qüvvələri tezliklə EWTV (Electronic Warfare Tactical Vehicle) adlı mobil elektronik döyüş komplekslərini silahlanmaya alacaq.

Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, EWTV MaxxPro zirehli avtomobil şəklində təqdim olunur.

İstehsalçılar bildirir ki, bu sistem radiosiqnallar vasitəsilə hədəfləri aşkarlamaq və rəqibi effektiv şəkildə yanıltmaq qabiliyyətinə malikdir.

Bununla belə qeyd olunur ki, bu kompleks Suriyada sınaqdan keçirilmiş Rusiya analoqlarından daha aşağı səviyyədədir.

Rusiya Suriyada “Leyer-3”, “Krasuxa”, “Moskva-1”, “Zoo-1”, “Qarmon” kimi komplekslərdən istifadə edib.

ABŞ-ın Hərbi Dəniz Analiz Mərkəzinin analitiki Samuel Bendett bildirib ki, Rusiya silahlanamda ən azı 5 belə kompleksə malikdir. O qeyd edib ki, həmin silahlar 15 dəqiqə ərzində tam döyüş vəziyyətinə gəlməyə hazırdır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU