Modern.az

Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına REAKSİYA

Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına REAKSİYA

Dünya

20 Avqust 2018, 15:01

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Ankaradakı səfirliyinə atəş açılması barədə danışıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kalın bu hadisəni provokasiya adlandırıb.

“Bu, açıq-aydın xaos yaratmaq cəhdidir. Türkiyə etibarlı bir ölkədir və bütün xarici missiyalar qanunların zəmanəti altındadır. Hələlik araşdırma aparılır və hadisə mümkün qədər tez bir zamanda aydınlaşacaq” – Kalın Twitter hesabında yazıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömer Çelik də hadisəni provokasiya olaraq qiymətləndirib.

Qeyd edək ki, naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.

Məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir