Məşhur müğənni qəzaya düşdü. Modern.az xəbər verir ki, hadisə İstanbulun Beşiktaş rayonunda qeydə alınıb. Baş verən zəncirvarı yol-nəqliyyat qəzası nəticəsində biri uşaq olmaqla üç nəfər xəsarət alıb.
Məlumata görə, qəza nəticəsində zərər çəkən beş avtomobilin birində məşhur müğənni Sibel Can və oğlu Emir Aksüt olublar.
İlkin məlumata görə, müğənni və oğlu qəza nəticəsində xəsarət almayıblar.