Modern.az

Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar

Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar

27 Avqust 2018, 19:49

Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar.

Modern.az-ın  məlumatına görə, iki ölkə arasında münasibətlərin müzakirəsi üçün bu gün amerikalı diplomatlar Ankaraya gəliblər.

Bəzi yerli KİV-lər danışıqlar zamanı Türkiyənin Rusiya istehsallı S-400 zenit-raket kompleksi alması məsələsinin də müzakirə olunduğunu yazır.

Təfərrüatlar barədə məlumat verilmir.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. (trend.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...