Modern.az

Prezidentlər Təbrizə toplaşır

Prezidentlər Təbrizə toplaşır

29 Avqust 2018, 00:13

İran, Türkiyə və Rusiya prezidentləri sentyabrın 7-də Təbrizdə görüş keçirəcəklər. Modern.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi Ərdəbil valisinə istinadən məlumat yayıb.

 

Görüş “Astana prosesi”nin üçüncü sammiti çərçivəsində keçiriləcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

 

Qeyd edək ki, sözügedən görüşün Tehranda keçirilməsi planlaşdırılırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...