Modern.az

Türkiyədə azərbaycanlı mafiya başçısı tutuldu

Türkiyədə azərbaycanlı mafiya başçısı tutuldu

Dünya

29 Avqust 2018, 21:07

Türkiyədə axtarışda olan Anbar S. adlı azərbaycanlı mafiya lideri saxlanılıb. Modern.az xəbər verir ki, DHA agentliyinin məlumatına görə, həmin şəxs İstanbulda həbs olunub.

Məlumata görə, 49 yaşlı şəxs İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin əməkdaşları tərəfindən yaxalanıb və onun yaxın zamanda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

 

Anbarın üzərində müxtəlif şəxslərə aid saxta vəsiqələr də götürülüb.

 

Bundan əlavə, onun 2017-ci ilin dekabrın 18-də Maltəpə həbsxanasından Ərzurum cəzaçəkmə müəssisəsinə köçürülən zaman kortejdən qaçdığı bəlli olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...