Modern.az

Məcburi köçkün qəsəbəsi atəşə tutulub

Məcburi köçkün qəsəbəsi atəşə tutulub

3 Sentyabr 2018, 00:14

Liviyada məcburi köçkün qəsəbəsi atəşə tutulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Tripoli yaxınlığında qeydə alınıb.

 

Məlumata görə, Tavarqa şəhərindən olan 1200 məcburi köçkünün məskunlaşdığı "Əl-Fallyəh" düşərgəsinin minaatanlardan atəşə tutulub. Nəticədə 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.

 

Qeyd edək ki, Liviyanın paytaxtı ətrafındakı cənub və şimal şəhərlərində düşmənçilik edən qruplaşmalar arasındakı döyüşlər artıq bir həftədir səngimir. Toqquşmalar zamanı 40-dan çox insan həlak olub, onlarla yaralı var. Onların əksəriyyəti dinc sakinlərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU