Modern.az

Köçəryana Ermənistanı tərk etmək qadağan olundu

Köçəryana Ermənistanı tərk etmək qadağan olundu

4 Sentyabr 2018, 19:23

Ermənistanın sabiq prezidenti Robert Köçəryana ölkəni tərk etmək qadağan olunub. 

Modern.az “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, müvafiq qərar Ermənistanın Xüsusi İstintaq Xidməti tərəfindən qəbul olunub. 

Qurumun müstəntiqi Köçəryan barəsində hökm qismində ondan ölkəni tərk etməməsi haqqında yazılı iltizamın alınmasını seçib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Köçəryanın Almaniyada müayinədən keçmək məqsədi ilə ölkəni tərk etdiyi barədə məlumat yayılıb. Sonradan məlum olub ki, onun sənədləri hüquq-mühafizə orqanlarındadır. 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU