Modern.az

Taliban 19 hərbçini güllələdi

Taliban 19 hərbçini güllələdi

Dünya

6 Sentyabr 2018, 14:02

Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” hərəkatı arasında toqquşmalar davam edir.

 

Modern.az yerli “Ariana News” kanalına istinadən xəbər verir ki, cümə axşamına keçən gecə bir neçə vilayətdə bir-birinin ardınca baş verən toqquşmalarda 11 hərbçi və 8 polis əməkdaşı öldürülüb.

“Taliban” silahlıları taktiki gediş edərək Baqdis vilayətində yollarda yerləşdirilmiş postların birinə hücum ediblər. Hücumu dəf etmək üçün dəstək qüvvələri göndərilib. Lakin dəstək qüvvələri pusquya düşürülüb.

 

Kanal pusquda baş verən atışma nəticəsində taliblərin də itki verdiyini qeyd edir. Lakin “Taliban” qüvvələri tərəfindən itkinin sayı hələ ki, məlum deyil.

İkinci insident isə Tahar vilayətində baş verib. Polisin bildirdiyinə görə burada 8 polis əməkdaşı öldürülüb və sonra yadırılıb.

 

Qeyd edək ki, “Taliban”ın bütün hücumlara görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir