Modern.az

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

Dünya

11 Sentyabr 2018, 20:30

Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib. Modern.az xəbər verir ki, şəhər meri Müriel Bouzer "Twitter" səhifəsində bununla bağlı sərəncam imzaladığını yazıb.

 

Qeyd edək ki, artıq dünən "Florens" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.

 

Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.

Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama