Modern.az

Tokioya yay vaxtına keçid məsləhət görüldü

Tokioya yay vaxtına keçid məsləhət görüldü

14 Sentyabr 2018, 00:29

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Olimpiya Oyunlarının təşkilatçılarının yarışların keçirilməsi dövründə Tokioda yay vaxtına keçmək ideyasını dəstəkləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatçılar bu yolla idmançılara və tamaşaçılara isti yayın təsirini azaltmağı ümid edirlər.

 

BOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Con Kouts bildirib ki, marafon və bu kimi tədbirlər səhər tezdən başlayacaq: “Lakin günəş çox erkən çıxır. Yay vaxtına keçid ideyası yaxşı qərardır. Biz ölkədə olan vəziyyətə diqqət yetirəcəyik. İstinin iştirakçılara və tamaşaçılara mümkün təsirinin nəticələrini nəzərə almaq çox vacibdir”.

 

2020-ci il Olimpiadası iyul-avqustda, Yaponiyada ilin ən isti aylarında keçiriləcək.

 

Qeyd edək ki, bu ilin yayında anomal istilər səbəbindən Yaponiyada təxminən 120 nəfər həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama