Modern.az

Yoxa çıxan qitənin izləri tapıldı

Yoxa çıxan qitənin izləri tapıldı

Dünya

15 Sentyabr 2018, 22:35

İngilis alimləri yoxa çıxan qitənin izlərini aşkar ediblər. Modern.az  Phys.org saytında yer alan məlumata istinadən xəbər verir ki, araşdırma zamanı Britaniya adalarının iki deyil, üç mikro qitənin birləşməsi nəticəsində yarandığı məlum olub.

 

Bu vaxtadək adaların iki mikro qitənin birləşməsi nəticəsində əmələ gəldiyi iddia edilsə də, yeni araşdırma bunun səhv olduğunu aşkara çıxarıb.

 

Məlum olub ki, Britaniya adalarının yaranmasında daha bir mikro qitə - Armorika da iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama