Modern.az

Amerikada təyyarə qəzası: 2 nəfər öldü

Amerikada təyyarə qəzası: 2 nəfər öldü

16 Sentyabr 2018, 09:55

Şənbə günü Amerikanın Massaçusets ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Midlseks dairəsinin prokuroru xanım Merian Rayan öz "Twitter" səhifəsində yazıb.

Onun yazdığına görə, təyyarə şənbə günü Voburn yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Ölənlər 65 yaşlı kişi və onun 53 yaşlı həyat yoldaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU