Modern.az

Terrorçular batalyon komandirini öldürdü

Terrorçular batalyon komandirini öldürdü

16 Sentyabr 2018, 20:21

Əfqanıstanda növbəti terror aktı törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Loqar əyalətində "Taliban" terrorçularının hücumu nəticəsində Əfqanıstan milli ordusunun batalyon komandiri öldürülüb.

Məlumata görə, terrorçular nəzarət buraxılış məntəqəsinə gedən batalyon komandirinin avtomobilinə pusqu qurublar. Hücum nəticəsində daha bir nəfər ölüb, ikisi yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama