NATO-nun İkinci daimi hərbi dəniz qrupunun döyüş gəmiləri Suriya sahillərinə yaxınlaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Şərqi Aralıq dənizi ərazisində Kanada, Yunanıstan və Niderlandın hərbi dəniz qüvvələrinin gəmiləri keşik çəkir.
Qeyd edək ki, bundan əvvəl Suriya sahillərində Böyük Britaniya Kral donanmasının 10 ədəd qanadlı "Tomaqavk" raketi ilə təchiz edilən "Talent" zərbəçi atom sualtı qayğıı da nəzərə çarpıb.
Ərazidə, həmçinin, ABŞ Hərbi Dəniz Qüvvələrinin azı 204 "Tomaqavka" ilə təchiz edilmiş gəmi qrupu var.