Modern.az

NATO gəmiləri Suriya sahillərinə yaxınlaşıb

NATO gəmiləri Suriya sahillərinə yaxınlaşıb

17 Sentyabr 2018, 10:56

İdlib problemi fonunda NATO ölkələrinin hərbi gəmiləri Suriya sahillərinə yaxınlaşıb.

 

Modern.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Suriyaya daha çox yaxınlaşan Kanada, Yunanıstan və Hollandiyanın hərbi gəmiləridir.

 

Məlumatda ABŞ gəmilərinin hələ ki, əvvəlki marşrut ilə hərəkət etdikləri bildirilir.

Qeyd edək ki, ABŞ-ın Suriya yaxınlığında keşik çəkən hərbi gəmilərində hazırda 204 qanadlı “Tomahawk” raketlərinin olduğu qeyd edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU