Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı Tavuş və Vayotdzor vilayətlərinin sərhədyanı kəndlərini atəşə tutmaqda ittiham edib.
Modern.az Ermənistasn KİV-nə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan buna görə beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ünvanladıqlarını deyib.
“Bəli, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişik. İlk növbədə isə ATƏT-in Minsk Qrupunun mənzil-qərargahına, Anjey Kaspşikə müraciət ünvanlamışıq".
O, Azərbaycanın Tavuş və Vayotdzor vilayətlərində sərhədyanı kəndləri atəş altında saxlamaqda ittiham edib.