Modern.az

Tramp ABŞ tarixində ən səhv addımı AÇIQLADI

Tramp ABŞ tarixində ən səhv addımı AÇIQLADI

20 Sentyabr 2018, 10:56

"2003-cü ildə prezident Corc Buşun İraqa qoşun yetirmək barədə göstərişi ABŞ tarixində ən səhv addımdır".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hazırki prezident Donald Tramp müsahibəsində deyib.

 

“Obama da Yaxın Şərqdən qoşunları çıxarmaqla böyük səhv edib. Amma orada peyda olmaq qoşunları çıxarmaqdan da daha ağır və səhv qərar idi”-deyə Tramp vurğulayıb.

 

Prezident bu qərarların ölkəyə 7 trilyon dollar və milyonlarla insan həyatı hesabına başa gəldiyini əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU