Modern.az

“Apple” şirkətinin keçmiş rəhbərinin ölüm səbəbi açıqlanıb

“Apple” şirkətinin keçmiş rəhbərinin ölüm səbəbi açıqlanıb

Dünya

11 Oktyabr 2011, 13:01

Ötən həftə 56 yaşında həyatını itirən kompüter dünyasının nəhənglərindən olan “Apple” şirkətinin keçmiş rəhbəri Stiv Cobsun ölüm səbəbi məlum olub. Modern.az saytının “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, S.Cobsun ölüm səbəbini əks etdirən sənədin surəti mətbuata təqdim olunub. Sənədə görə, Cobs daxili orqanlarına yayılan xərcəng xəstəyi nəticəsində tənəffüs edə bilmədiyi üçün ölüb.  

Xərçəng xəstəliyi ilə 2004-cü ildən mübarizə aparmağa başlayan S.Cobs 2009-cu ildə 6 ay müddətinə işdən ayrılmışdı. Daha sonra məlum olmuşdu ki, S.Cobsa bu müddət ərzində qaraciyər köşürülüb. 

Bu ilin yanvar ayında səhhətində olan problemlərə görə iş həyatına ara verən Cobs avqust ayında vəzifəsindən istifadə etmişdi.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza