Modern.az

Bu ölkədə 5 ildə 400 min insan öldürülüb 

Bu ölkədə 5 ildə 400 min insan öldürülüb 

26 Sentyabr 2018, 17:07

Cənubi Sudanda 2013-cü ildə başlayan silahlı münaqişə səbəbindən azı 382 min 900 nəfər öldürülüb. Modern.az xəbər verir ki, bu barədə London Universitetinin hesabatında qeyd olunur.

 

Hesabata əsasən, əsas ölüm halları regionun şimal-şərq və cənub bölgələrində qeydə alınıb. Ölənlər arasında kişilər üstünlük təşkil etsə də, qadın və uşaqların da sayı az deyil.


Cənubi Sudanda 2018-ci ilin əvvəllərindən 2 milyondan artıq insan daxili qaçqına çevrilib, 2,5 milyon insan isə xarici ölkələrə köçməli olub.

 

2011-ci ildə müstəqillik qazanmış Cənubi Sudanda prezident Salva Kiirin mənsub olduğu dinka tayfası ilə silahlı qruplaşma rəhbəri Riek Maşar arasında qarşıdurma başlayıb.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU