Modern.az

Dinc sakinlərə bıçaqla hücum: 3 yaralı

Dinc sakinlərə bıçaqla hücum: 3 yaralı

28 Sentyabr 2018, 20:45

Almaniyada insanlara bıçaqla hücum edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Ravensburq şəhərində insanlara bıçaqla hücum edən naməlum şəxs üç nəfəri yaralayıb.

 

Məlumata görə, hadisə şəhər meydanında baş verib. Yaralıların vəziyyətinin ağır olduğu deyilir.

 

Şəhər polisi hücum edən şəxsin saxlanıldığını bildirib. Hücumun motivləri hələki aydın deyil.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?