Modern.az

Tramp heç vaxt pivə içməyib

Tramp heç vaxt pivə içməyib

1 Oktyabr 2018, 23:57

ABŞ prezidenti Donald Tramp Ali Məhkəmənin sədri vəzifəsinə namizəd Bretta Kavanonun spirtli içkilərə meyl göstərməsi barədə məlumatı şərh edib. Modern.az-ın məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, o özü spirtli içkiləri sevmir və həyatında heç vaxt pivə içməyib: “Düşünmürəm ki, o yalan deyir. Mən özüm içmirəm, açığını deyim ki, heç vaxt pivə içməmişəm. İçmirəm. Siz təsəvvür edə bilərsiniz ki, içsəydim, nələr edərdim. Mən dünyada ən pis olardım. Amma heç vaxt içmirəm”.

 

Trampın sözlərinə görə, Kavanonun gəncliyində "çətinlikləri" ola bilər: “Lakin ali məktəbdə pivə içən adamlar çox olub. Kavanonun ətrafında bu məsələyə görə "əcinnə ovçuları"nın olmasını istəməzdim”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama