Modern.az

Baş prokurorun müavini helikopter qəzasında öldü

Baş prokurorun müavini helikopter qəzasında öldü

4 Oktyabr 2018, 11:43

Rusiya Federasiyası baş prokurorunun erməni müavini həlak olub.

Modern.az xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, Rusiya baş prokurorunun müavini Saak Karapetyan helikopter qəzası nəticəsində ölüb.

 

Hadisənin Kostroma vilayətinin şimal-qərb istiqamətində qeydə alındığı bildirilir. Qəzada prokuror müavini ilə yanaşı, daha 2 nəfərin həlak olduğu da qeyd edilib.

Erməni mənşəli prokurorun məzuniyyətdə olduğu və istirahət üçün Kostroma vilayətinə səfər etdiyi məlumdur. 

 

Saak Karapetyan 1960-cı ildə Rostov vilayətinin Sovetski xutorunda anadan olub. Onun 17 yaşlı oğlu 2000-ci ildə yol qəzasında ölmüşdü. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU