Modern.az

Ronaldu Portuqaliya yığmasına çağrılmayacaq

Ronaldu Portuqaliya yığmasına çağrılmayacaq

4 Oktyabr 2018, 17:21

Məşhur hücumçu Kriştiano Ronaldu haqda mətbuatda çıxan təcavüz iddiaları onun karyerasına təsirsiz ötüşməyib.

 

Modern.az “Associated Press” nəşrinə istinadən xəbər verir ki, bu insidentlə əlaqədar Ronaldu yığmadan kənarlaşdırılıb.

 

Nəşrin məlumatına görə məşhur futbolçu ABŞ vətəndaşı Ketrin Mayorqiyə qarşı cinsi təcavüzdə ittiham olunur. Hadisə qadının bildirdiyinə görə 9 il əvvəl Las-Veqasda baş verib.

 

Qadının iddiasına görə Ronaldu və vəkilləri ona susmasına görə pul verib.  Futbolçu ittihamları rədd edir.

 

Beləliklə Ronaldu qarşıdan gələ Polşa ilə matçı və şotlandiya ilə yoldaşlıq oyununa qatıla bilməyəcək.

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU