Modern.az

Alp dağlarında 26 il əvvəl itkin düşən türkiyəli alpinistin cəsədi tapılıb

Alp dağlarında 26 il əvvəl itkin düşən türkiyəli alpinistin cəsədi tapılıb

5 Oktyabr 2018, 19:10

Alp dağlarında 26 il əvvəl itkin düşən türkiyəli alpinist Hasan Tarımın cəsədi tapılıb.

Türkiyə KİV-ləri xəbər verirlər ki, Hasan Tarım 1992-ci ildə almaniyalı həmkarları ilə Alp dağlarına çıxarkən itkin düşüb. Onun cəsədi bu yaxınlarda digər alpinistlər tərəfindən tapılıb.

Bildirilir ki, mərhum alpinist Kayseri vilayətinin Sarız rayonundakı Kırkısraklılar kəndindəndir. Cənazə yaxın günlərdə mərhumun doğmalarına təhvil veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU