Modern.az

Qəzzadakı toqquşmalarda 2 nəfər öldü

Qəzzadakı toqquşmalarda 2 nəfər öldü

5 Oktyabr 2018, 22:37

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında növbəti qarşıdurma olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail hərbçilərinin “Böyük Qayıdış Yürüşü”nün iştirakçılarına açdığı atəş nəticəsində iki fələstinli həlak olub. Toqqusma zamanı daha 45 nəfər xəsarət alıb. Ölənlərdən birinin uşaq olduğu bildirilir.

 

Fələstinin Səhiyyə Nazirliyinin nümayədəsi bildirib ki, dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz və silahdan istifadə edilib. Qarşıdurma zamanı xəsarət alan 23 nəfərə hadisə yerində tibbi yardım göstərilib, 22 nəfər xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, fələstinlilər 30 mart tarixindən etibarən hər cümə günü Qəzza zolagı ilə sərhəddə “Böyük Qayıdış Yürüşü” keçirirlər. İndiyədək keçirilən etiraz aksiyaları zamanı İsrail hərbçiləri ilə toqquşmalarda 197 fələstinli ölüb, 21,6 min nəfər isə yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU