Modern.az

Əsgərləri daşıyan mikroavtobus aşıb

Əsgərləri daşıyan mikroavtobus aşıb

15 Oktyabr 2018, 21:19

Türkiyədə sərnişinləri daşıyan mikroavtobus aşıb. Modern.az xəbər verir ki, Ədirnenin Süloğlu bölgəsində baş verən qəza nəticəsində 12-si əsgər olmaqla 13 nəfər yaralanıb. Mikroavtobus Demirhanlı kəndi yaxınlığında sürücünün idarəni itirməsi nəticəsində aşıb.

Qəzada mikroavtobus sürücüsü və 12 əsgər yaralanıb.

Yaralılardan bəziləri yerindəcə müalicə olunub, bəziləri isə şəhərdəki müxtəlif xəstəxanalara aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil