Modern.az

Çexiya jurnalistin qətlinə görə Səudiyyədəki səfirini geri çağırdı

Çexiya jurnalistin qətlinə görə Səudiyyədəki səfirini geri çağırdı

Dünya

25 Oktyabr 2018, 09:20

Çexiya Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Tomas Petriçek bildirib.

Xatırladaq ki, Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalistin amansızlıqla qətlə yetirildiyi bildirilir.

Hazırda onun cəsədinin tapılması istiqamətində işlər aparılır.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...