Modern.az

270 milyon avro dəyərində 4 müqavilə imzalandı

270 milyon avro dəyərində 4 müqavilə imzalandı

Dünya

25 Oktyabr 2018, 23:55

Tunis və Avropa Birliyi komissiyası arasında ədalət, enerji və xarici ticarət sahəsində 270 milyon avro dəyərində 4 saziş imzalanıb. Modern.az xəbər verir ki, imza mərasimi Tunisdəki Kartaca Sarayında keçirilib. Tunis prezidenti Baci Kaid es-Sibsi və AB Komissiyası başçısı Jean-Claude Juncker razılaşmaları imzalayıb.

Mərasimdə çıxış edən Sibsi, son dövrdə Tunis iqtisadiyyatının inkişaf etdiyini və Tunis üçün sinifləndirməni yenidən nəzərdən keçirməyi çağırış edib. Juncker isə çıxışında, Tunisin 2011-ci ildən bu yana bir milyondan çox Liviyalı immiqrantın ölkədə yerləşdirilməsi ilə Avropaya köçmənin azalmasına yardım etdiyini söyləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı