Modern.az

Koçaryanın iddiası rədd edildi

Koçaryanın iddiası rədd edildi

26 Oktyabr 2018, 12:18

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın özünü zərərçəkmiş kimi tanınması barədə qaldırdığı iddia İstintaq Komitəsi tərəfindən rədd edilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Koçaryan qalmaqallı səs yazısında Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanla Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın ona qarşı təxribat barədə danışdıqlarını deyirdi.

 

Koçaryanın vəkilləri onun Baş Prokurorluğa müraciət edəcəklərini də açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı