Tamamlandığında dünyanın ən böyük hava limanı olacaq İstanbul Yeni Hava Limanının 29 oktyabr Respublika bayramındakı açılışı üçün hazırlıqlar son mərhələyə gəldi. Modern.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük layihənin açılışında iştirak edəcək qonaq dövlət numayəndələrinin adlarını açıqlayıb.
Açılışda aşağıdakı nümayəndələrin iştirakı gözlənilir:
Albaniya Respublikasının prezidenti İlir Meta;
Qətər Dövlətinin əmiri Şeyx Tamim Bin Hamad əl-Thani;
Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov;
Kosovo prezidenti Haşim Thaçi;
Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı;
Makedoniya Respublikasının prezidenti prof. Gjorge İvanov;
Moldova Respublikasının prezidenti İqor Dodon;
Pakistan İslam Respublikasının prezidenti Arif Alvi;
Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiç;
Sudan prezidenti Alan Marşal Ömər Həsən Əhməd Əl Bəşir;
Bolqarıstan baş naziri Boyko Borisov;
Konqo Demokratik Respublikasının baş nazirinin müavini və nəqliyyat və kommunikasiya naziri;
Gürcüstan xarici işlər naziri David Zalkaliani;
İran Xarici İşlər Naziri Məhəmməd Cevad Zərif;
Moldova Respublikasının Qaqauz Muxtar Respublikasının prezidenti İrina Vla.
Şərhdə ayrıca, bir çox ölkənin nəqliyyat nazirlərinin mərasim üçün gələn dövlət və hökumət başçılarına yoldaşlıq edəcəyi, xarici işlər nazirlərinin də mərasimdə iştirak edəcəyi bildirilib.
İllik 90 milyon sərnişin tutumlu hava limanının açılış mərasimi 29 oktyabrda saat 16.00-da Prezident Simfonik Orkestrinin konserrti ilə başlayacaq. 76,5 milyon kvadratmetr ərazidə inşa edilmiş aerodromun birinci fazasını açmaq üçün 6 milyard avro məbləğində sərmayə qoyulub. Hava limanının digər mərhələləri sərnişin artımına görə 2023-cü ilə qədər tamamlanacaq.