Modern.az

Kobuleti su altında qaldı

Kobuleti su altında qaldı

Dünya

27 Oktyabr 2018, 22:22

Gürcüstanın Qara dəniz sahillərindəki kurort şəhəri Kobuletinin küçə və meydanları su altında qalıb, evlərin, dükan və digər ictimai iaşə obyektlərinin birinci mərtəbələrinə su dolub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Açkva çayının daşması olub.

 

Bildirilir ki, şəhərin Qelauri, Axalsopeli qəsəbələri, dəmir yolu vağzalı və bazar da su altında qalıb.

 

Su daşqınlarının vurduğu ziyanın aradan qaldırılması üçün xüsusi qərargah yaradılıb.

 

Şəhər meriyasının bütün xidmətləri və Avtomobil Yolları Departamentinin qüvvələri təbii fəlakətin qarşısının alınması üçün səfərbər edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...