Modern.az

Avtobus çaya düşdü

Avtobus çaya düşdü

28 Oktyabr 2018, 10:13

Çinin Çunçin bələdiyyəsi ərazisində avtobusun Yantzı çayına düşməsi nəticəsində ölənlər var.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çunçinin Vancou rayonunda 22 nömrəli marşrut avtobusu yerli vaxtla səhər saat 10:00 (Bakı vaxtı ilə 6:00) radələrində körpüdə hərəkət edərkən avtomobil ilə toqquşduqdan sonra çaya düşüb.

 

Dərhal hadisə yerinə xilasedicilər, təcili yardım briqadaları cəlb olunub. Bu saatadək 2 nəfərin cəsədi tapılıb. Qəza vaxtı avtobusda neçə sərnişinin olması barədə hələlik dəqiq məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...