Modern.az

Azərbaycanda Qriqol Vaşadze daha cox səs aldı

Azərbaycanda Qriqol Vaşadze daha cox səs aldı

29 Oktyabr 2018, 00:57

Gürcüstandakı prezident seçkiləri üzrə bu ölkənin Azərbaycandakı səfirliyində yaradılan iki seçki məntəqəsi üzrə səslər sayılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, nəticələrə əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze daha çox səs qazanıb.

 

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilmiş protokollara əsasən, Bakıdakı 5 saylı seçki məntəqəsində Q.Vaşadzeyə 36, Salome Zurabişviliyə isə 12 səs verilib. Altı saylı seçki məntəqəsində isə Q.Vaşadze və S.Zurabişvili müvafiq olaraq 17 və 14 səs toplayıblar.

 

Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi fəaliyyət göstərib. Azərbaycanda 7700 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır.

 

Gürcüstanda prezident seçkilərində seçici fəallığı 46,74% təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...