Keçmiş Çexoslovakiya Respublikasının Kommunist Partiyasının Kəşfiyyat Xidməti Donald Trampa qarşı casusluq edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Praqa şəhərində olarkən Tramp daim izləmə altında olub.
Belə ki, ilk həyat yoldaşı çexiyalı İvana Zelniçkova olan Tramp qayınatası tərəfindən də izləmə altında olub. İvananın atası müntəzəm olaraq qızının və Trampın ABŞ-da hərəkət marşrutu barədə kəşfiyyata xəbərlər ötürüb.