Modern.az

“Erməni icması Salome Zurabişvilini dəstəkləyir” - Deputat

“Erməni icması Salome Zurabişvilini dəstəkləyir” - Deputat

Dünya

29 Oktyabr 2018, 16:44

“Samtsxe-Cavaxetiya bölgəsində yaşayan ermənilər Salome Zurabişvilini dəstəkləyir”.

 

Bunu Modern.az saytına açıqlamasında Gürcüstan parlamentinin erməni əsilli deputatı, “Gürcü Arzusu” partiyasının üzvü Samvel Manukyan deyib.  

“Proqnoz verməyi heç vaxt sevməmişəm. Amma Samtsxe-Cavaxetiya bölgəsində dəstəklədiyimiz namizəd – Salome Zurabişvili qalib gəldi. Ümid edirəm ikinci turda da o bizim regionda inamlı qələbə qazanacaq”.

 

Deputat Cavaxetiya bölgəsində xırda qanun pozuntularının olduğunu etiraf edib və Vahid Milli Hərəkat Partiyasını təxribatlarda ittiham edib.

“Bölgəmizdə 1-2 qanun pozuntusu olub. Amma ümumilikdə, hər şey yaxşı keçdi. Vahid Milli Hərəkat Partiyasından olan müşahidəçilərin də sayı çox idi. Nəsə pozuntu tapmaq arzusunda idilər amma istəkləri baş tutmadı. 10 gün idi ki, təxribat arxasında idilər”.  

 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı