NATO Baş katibi Yens Stoltenberq Rusiyanın Yaxın və Orta Mənzilli Silahlar Haqqında Müqaviləni pozaraq Avropa sərhədlərində yeni raketlər yerləşdiyini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Norveçdə keçirilən konfransda açıqlayıb. Onun sözlərinə görə, ruslar Avropada nüvə başlığı daşımaq gücündə olan raketlərdən istifadə edir.
Stoltenberq ABŞ-ın “qoca qitə”də yeni heç bir raketi yerləşdirmədiyini də xatırladıb.