Modern.az

Türkiyə Suriyada yeni hərbi əməliyyatlara hazırlaşır

Türkiyə Suriyada yeni hərbi əməliyyatlara hazırlaşır

Dünya

30 Oktyabr 2018, 16:18

Türkiyə yaxın vaxtlarda Suriyada geniş hərbi əməliyyatlar həyata keçirəcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fərat çayının şərq sahilində aparılacaq əməliyyatlar PKK-nın Suriya qanadı olan YPG-yə qarşı təşkil ediləcək.

 

AKP-nin qrup toplantısında çıxış edən Rəcəb Tayyip Ərdoğan YPG-nin yeni terror strukturu yaratmasına imkan verməyəcəklərini deyib.

 

“Addım-addım Fəratın şərq sahilini terrorçulardan azad edəcəyik”. O, əməliyyatlara hazırlıq prosesinin başa çatdığını elan edib.

Xatırladaq ki, YPG Suriya ərazisinin 27%-nə nəzarət edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı