Modern.az

İnquşetiya Çeçenistanla imzalanan müqavilədən imtina etdi

İnquşetiya Çeçenistanla imzalanan müqavilədən imtina etdi

Dünya

30 Oktyabr 2018, 16:39

Rusiyanın federal subyektləri sayılan İnquşetiya və Çeçenistan arasında ərazi mübahisəsi davam edir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İnquşetiya Konstitusiya Məhkəməsi Çeçenistanla ərazi mübadiləsini nəzərdə tutan müqaviləni ləğv edərək məsələ ilə bağlı referendumun keçirilməsini vacib sayıb.

 

Həmin ərazi mübadiləsi İnquşetiyada ciddi narazılıq yaratmışdı. Müqavilə Çeçenistan lideri Ramzan Kadırovla İnquşetiya rəhbəri Yunusbek Yevkurov arasında imzalanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı