Ermənistanın ədliyyə naziri Artak Zeynalyan Yerevanın 2800 illiyi və Ermənistan Respublikasının 100 illiyi münasibətilə amnisitiya elan olunacağını elan edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazir parlamentdə çıxışı zamanı amnistiya aktının 6500-dən çox məhkuma şamil olunacağını vurğulayıb.
Qəarın ölkə həbsxanalarında yüklənməni azaltmaqla yanaşı, cəmiyyətdə humanism və tolerantlıq ruhunun möhkəmlənməsinə xidmət etdiyi açıqlanıb.