Modern.az

Restoranda yeməkdə insan əti tapıldı - FOTO

Restoranda yeməkdə insan əti tapıldı - FOTO

2 Noyabr 2018, 00:42

Tailandda restoranların birində baş verən hadisə eşidənləri şoka salıb. Modern.az Aznyus.az-a istinadən xəbər verir ki, vegeterianlar üçün nəzərdə tutulmuş məşhur restoranların birində müştərilərə insan əti verildiyi məlum olub.

 

Məlumata görə, onlara təqdim edilən yeməklərin tərkibində ət olduğunu hiss edən vegeterianlar müvafiq qurumlara şikayət ediblər. Şikayət əsasında həmin yeməklərdə istifadə olunan ət labarator müayinəyə göndərilib. Nəticədə həmin ətin insan əti olduğu ortaya çıxıb.

 

Araşdırmanı genişləndirən rəsmilər restoranının arxa tərəfindəki çuxurda bir kişi meyitinə rast gəlib. Onun restoranın daimi müştərilərindən olan 61 yaşlı Prasit Inpathom olduğu müəyyənləşdirilib. Meyitin üzərində zorakılıq əlamətləri və xeyli sayda bıçaq zərbəsi olduğu bildirilib.

 

Yerli mətbuatda bu hadisə böyük maraqla qarşılanıb. Restoran sahibinin cəsəddən xilas olmaq üçün onu bişirərək müştərilərə yedirtdiyi və cinayətdən sonra qaçdığı müəyyənləşdirilib.

 

Rəsmilər neçə müştəriyə insan əti verildiyinin hələ məlum olmadığını qeyd edib. Buna səbəb kimi cəsədin bir neçə hissəyə ayrıldığı göstərilib.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı