Moskvadakı Çerkizov bazarının keçmiş Azərbaycan əsilli sahibi Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazdığını təkzib edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu xəbəri təxribat adlandırıb.
“Belə bir məktub yoxdur və ola da bilməz. Deyilənlər yalandır”-deyə keçmiş biznesmen deyib.
Bundan əvvəl, hüquq-mühafizə orqanları Telman İsmayılovun Putinə məktub yazaraq, keçmiş iş ortaqlarının ona hücuma keçdiklərini və onun maliyyə vəziyyətinə ciddi zərbə vurduğunu demişdilər.