Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu vaxtından əvvəl vəzifəsindən geri çağırıb.
Modern.az xəbər verir ki, bu barədə KTMT-nın rəsmi saytında açıqlama verilib.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Şurasının qərarı ilə o, vəzifəsindən azad edilib”-deyə rəsmi açıqlamada deyilir.
Xatırladaq ki, Yuri Xaçaturov 2008-ci ilin 1 mart hadisələri zamanı Yerevan qarnizonunun rəhbəri kimi kütləvi aksiyaların yatırılmasında ordu qüvvələrindən istifadə etməkdə təqsirləndirilir. Onun baş katib mandatının 2020-ci ilə qədər davam edəcəyi planlaşdırılırdı.